Çində yanacağın satış qiyməti növbəti dəfə artırılıb


Dünya 30 Yan 2019 21:53:00 233 0

Çində yanacağın satış qiyməti növbəti dəfə artırılıb

Dünya bazarında xam neftin qiymətinin yüksəlməsi Çində yanacağın pərakəndə satış qiymətinin növbəti dəfə artmasına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 245 yuan (36,4 ABŞ dolları) və 230 yuan (34 dollar) artırılıb. Bu, Çində cari ildə yanacağın ikinci qiymət artımıdır.