Prokuror narkotik alverində təqsirləndirilən


Kriminal 30 Yan 2019 21:44:00 223 0

Prokuror narkotik alverində təqsirləndirilən

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror Ş.Səmədovanın 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

İttihama görə, Şəms Səmədova bir qrup şəxslə əlbir olmaqla narkotik vasitələrin qanunsuz satışında ittiham edilir. Digər şəxslər həbs edilən zaman narkotik maddələri Ş.Səmədovadan aldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il mayın 18-də keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb.