Dubay aeroportu ardıcıl beşinci dəfə beynəlxalq daşımalar üzrə lider olub


Digərləri 30 Yan 2019 21:47:00 261 0

Dubay aeroportu ardıcıl beşinci dəfə beynəlxalq daşımalar üzrə lider olub

Dubayın beynəlxalq aeroportu (Dubai International, DXB) 2018-ci ildə ardıcıl olaraq beşinci dəfə beynəlxalq sərnişin daşımalarının həcmi üzrə dünyanın lider hava limanı adını qoruyub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Dubai Airports" operator kompaniyasının press-relizində ötən il ərzində Dubay aeroportu vasitəsilə rekord sayda - beynəlxalq səfərlər edən 89,149 milyon sərnişinin daşındığı bildirilir. Bu, əvvəlki ilə nisbətən 1 faiz çoxdur.

Ötən il aeroportun orta aylıq göstəricisi 7,4 milyon sərnişin olub, bununla yanaşı, 8 milyon sərnişin həddi iki dəfə - iyul (8,2 milyon) və avqust aylarında (8,4 milyon) aşılıb. Nəticədə 2018-ci ilin avqustu aeroportun 58 illik tarixində ən yüklənmiş ay olub.