İRANDA ŞOK: Deputatın zorladığı qızın dosyesini araşdıran vəkil yoxa çıxdı


Dünya 30 Yan 2019 21:38:00 264 0

İRANDA ŞOK: Deputatın zorladığı qızın dosyesini araşdıran vəkil yoxa çıxdı

Yanvarın 6-da anasının evində meyiti tapılan Zəhra Nəvidpurun qətl dosyesini araşdıran güney azərbaycanlı hüquqşünas Məhəmməd Güneyli İran İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah") tərəfindən saxlanılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bundan əvvəl hüquqşünasın Tehrandakı evində axtarış aparılıb.

Axtarışlar zamanı Məhəmməd Güneyliyə aid elektron avadanlıqlar, kompüter və bir neçə kitab müsadirə edilərək götürülüb. Hüqşünasın harada saxlanılması barədə ailəsinə məlumat verilməyib.

Qeyd edək ki, Məhəmməd Güneyli hüquq üzrə universitet məzunudur.


Xəbərə aid fotolar