"Hubble" teleskopu ölən qalaktikanın fotoşəkilini çəkib


Digərləri 30 Yan 2019 21:08:00 235 0

"Hubble" teleskopu ölən qalaktikanın fotoşəkilini çəkib

"Hubble" radioteleskopu D100 spiralvari qalaktikadan kütləvi qaz axınını qeydə alıb. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) teleskopun göndərdiyi fotoşəkilləri yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Hubble" radioteleskopu "Veronika saçı" ulduz yığınında yerləşən D100 spiralvari qalaktikanın yeni ulduzların meydana gəlməsi üçün tələb olunan qazları sürətlə itirdiyini müşahidə edib. "Veronika saçı" ulduz yığını Yer kürəsindən 320 milyon işıq ili uzaqda yerləşir. D100 isə oradakı minlərlə qalaktikadan biridir. Fotoşəkildə qalaktikanın arxasında hidrogen və toz buraxaraq böyük sürətlə boşluğun mərkəzinə doğru irəlilədiyi görünür.