İsrailli alimlər xərçəng əleyhinə peyvənd yaradıblar


Digərləri 30 Yan 2019 20:29:00 271 0

İsrailli alimlər xərçəng əleyhinə peyvənd yaradıblar

İsrailin "Accelerated Evolution Biotechnologies" dərman şirkəti müasir tibbdə irəliləyişə nail olduğunu iddia edir. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, onlar ilk dəfə olaraq fəsadları olmayan və əks təsirə malik olmayan xərçəng əleyhinə universal peyvənd yarada biliblər.

İsrailli onkoloqlar bildirirlər ki, xəstəliyə yüksək aktiv təsiredici maddə ilə yüklənmiş xüsusi peptidlərin vasitəsilə qalib gəlmək mümkündür. Alimlər qeyd edirlər ki, bu cür dərman xərçəng hüceyrələrini əhatəyə alaraq orqanizmdən çıxarır. Onların fikrincə, bu metod o qədər sadə və effektlidir ki, kimya terapiyasından tamamilə imtina etməyə və immuniteti yüksəltməyə imkan verir.