Azərbaycanda 500 min nəfərdən çox əhali sürüşmə təhlükəsi olan ərazilərdə yaşayır


Digərləri 30 Yan 2019 20:07:00 242 0

Azərbaycanda 500 min nəfərdən çox əhali sürüşmə təhlükəsi olan ərazilərdə yaşayır

Hazırda Azərbaycanda əhalisi 500 min nəfərdən çox olan 344 yaşayış məntəqəsi və yüzlərlə təsərrüfat obyekti sürüşmə təhlükəsi altındadır.

Son.az bildirir ki, bunu Trend-ə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Alim bildirib ki, Azərbaycanda sürüşmələrin mütəmadi olaraq təkrarlandığı, əhaliyə və təsərrüfata güclü ziyan vurduğu rayon və şəhərlər İsmayıllı, Ağsu, Şamaxı, Quba, Qusar, Bakı və Mingəçevir daxildir. Bu ərazilərdə il ərzində düşən yağıntıların miqdarı 150-200 mm-dən 600-1000 mm-ə qədər, seysmiklik isə 8-9 bal təşkil edir. Hər il sürüşmə nəticəsində həmin ərazilərdə iqtisadiyyata 6-10 milyon manat həcmində ziyan dəyir.

N.Paşayev qeyd edib ki, sürüşmələrin vaxtaşırı təkrarlandığı, əhaliyə və təsərrüfata daha çox ziyan vurduğu rayonlara Xızı, Şabran, Siyəzən, Qobustan, Şahbuz, Culfa, Lerik, Yardımlı daxildir. Burda əhalisi 51,4 min nəfər olan 80 yaşayış məntəqəsi daim sürüşmə təhlükəsi altında fəaliyyət göstərir. Bu ərazilərə sürüşmələrdən il ərzind orta hesabla 4,5-6 milyon manat ziyan dəyir.

Alimin sözlərinə görə, Azərbaycanda sürüşmələrin 2-3 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə çox ziyan vurduğu sürüşmə rayonuna Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Ordubad bölgələri daxildir: