Birbirindən əsrarəngiz turizm şəhərləri


Digərləri 30 Yan 2019 19:59:00 251 0

Birbirindən əsrarəngiz turizm şəhərləri

Turistlərin ən çox axın etdiyi şəhərlərin ən çox tanınan şəhərlər olduğunu düşünürsünüzsə, yanılırsınız...

Bəlkə də, adlarını ilk dəfə eşidəcəyiniz bu şəhərlərdəki əhalinin sayı yaşadığınız şəhərin əhalisindən qat-qat artıqdır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, xaricə getmədən öncə bu siyahıya baxmağınız mütləqdir!

1. Yohannesburq, Cənubi Afrika

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburq Afrika qitəsinin ən çox əhalisi olan üçüncü şəhəridir. 4,5 milyon əhalisi olan şəhərə ildə 4,8 milyon turist axın edir.

Yohannesburq muzeyləri, kazinoları, parkları, botanika bağları və safarisi ilə dünyada ən çox ziyarətçisi olan şəhərdir.  

 

2. Berlin, Almaniya

Berlin ildə 5,1 milyon turist qarşılayır. Almaniyanın paytaxtı olan şəhərin əhalisi 3,47 milyon nəfərdir. 175 muzeyin yerləşdiyi Berlin dünyanın ən böyük açıq hava qalareyası - "East Side Gallery"yə sahibdir.

"East Side Gallery" Berlin divarının günümüzədək gəlib çıxmış ən uzun qalığıdır. Şəhərin gecə həyatı iddialıdır və turistləri maqnit kimi özünə çəkir.  

3. Çennay, Hindistan

Mədəniyyəti, həyat tərzi və filmləri ilə başqa bir dünya olan Hindistanın dördüncü böyük şəhəri olan Çennay ildə 5,7 milyon turisti qonaq edir.