Mübariz İbrahimovla bağlı hekayəyə münasibət bildirildi RƏSMİ


Digərləri 30 Yan 2019 17:44:00 221 0

Mübariz İbrahimovla bağlı hekayəyə münasibət bildirildi  RƏSMİ

Təhsil Nazirliyi 5-ci sinif "Ədəbiyyat" kitabında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan "Qisas" adlı hekayədə onun intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirib.

Son.az xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq qeyd olunub ki, yazıçı İbrahim Vahabovun qələmə aldığı əsər məzmun baxımından vətənpərvərlik və qəhrəmanlıq nümunələri ilə zəngindir.

"Eləcə də qəhrəmanın şəhidlik yolunu tutarkən keçirdiyi hiss və duyğular yüksək səviyyədə təsvir edilib. Bütün bunların ümumtəhsil müəssisələrində tərbiyə işinin təşkilində böyük rola malik olduğu nəzərə alınıb. Bununla belə, əsərin məzmunu, oradakı hadisələrin gedişatı ilə bağlı sualların yazıçının özünə ünvanlanması daha məqsədəuyğundur" - deyə Nazirliyin cavabında bildirilib.