“FINCA Azerbaijan” Ağsu rayonunda yeni filialını açıb (FOTO)


Digərləri 30 Yan 2019 17:46:00 268 0

“FINCA Azerbaijan” Ağsu rayonunda yeni filialını açıb (FOTO)

“FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Ağsu rayonunda yeni ofisinin açılışını edib.

Bakı. “FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Ağsu rayonunda yeni ofisinin açılışını edib. Təşkilatdan Trend-ə verilən məlumata görə, açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, “FINCA Impact Fınance” qlobal şəbəkəsinin prezidenti və direktoru Andrée Simon və bu şəbəkənin idarə heyətinin üzvləri iştirak edib. “FINCA Azerbaijan”ın yeni filialı təşkilatın Ağsu və ona yaxın ərazilərdəki rayonlardan olan müştərilərinə, xüsusilə kənd yerlərindən olan insanlara məsuliyyətli maliyyə xidmətləri göstərməsinə imkan verəcək.