Azərbaycanİran sərhədindən 1 milyondan artıq xarici turist keçib


Digərləri 30 Yan 2019 17:39:00 224 1

Azərbaycanİran sərhədindən 1 milyondan artıq xarici turist keçib

"Ötən il İranın Ərdəbil vilayəti Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən 1,174 milyon nəfər keçib. Onun 1,05 milyon nəfəri turist, xarici ölkə vətəndaşı, əsasən Azərbaycan vətəndaşları olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayəti Biləsuvar rayonu (Şəhristan) qubernatoru Həsən Qubadi deyib.

Qubadinin sözlərinə görə, sərnişinlərin 85%-i, 993 113 nəfəri piyada, 180 969 min nəfəri isə nəqliyyat vasitələri (avtobus, mikroavtobus və minik avtomobili) ilə Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən keçib.

Qubernator əlavə edib ki, bu müddətdə 53 998 ədəd yük maşını, 2064 ədəd avtobus, 17 065 ədəd avtomobil sərhəddən keçib.

Bu müddətdə ümumilikdə 311 432 ton məhsul 13 767 yük maşını vasitəsi ilə Biləsuvar gömrüyündən Rusiya, Azərbaycan və Gürcüstana ixrac olunub. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə artımın olduğunu göstərir.