İlkin hərbi qeydiyyata alınma proseduru asanlaşdırılır


Digərləri 30 Yan 2019 17:36:19 212 0

İlkin hərbi qeydiyyata alınma proseduru asanlaşdırılır

Azərbaycanda vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı sənədlərin təqdim edilməsi proseduru asanlaşdırılır.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı sənədlərin təqdim edilməsi proseduru asanlaşdırılır. Trend-in məlumatına görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Qüvvədə olan qanuna əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.