Ol! Rövşən Abdullaoğlu yazır


Digərləri 30 Yan 2019 17:24:00 293 0

Ol!  Rövşən Abdullaoğlu yazır

Son.az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun "Başlanğıcda söz var idi"  silsiləsindən "Ol!" məqaləsini təqdim edir:

(İkinci yazı)

- İlk Söz nə olub?

- Ol!

- İlk nə olub?

- Qələm.

- Sözlə qələmi yaratdı. Söz hər şeydən əvvəl olub. Bəs ikinci söz nə olub?

- Tanrı əzəli sükutunu yalnız bir dəfə, bir sözlə pozub.

- Niyə məhz Qələm?

- Tanrı Qiyamətə qədər bütün olanları mürəkkəb halına saldı. Qələmdən başqa heç bir varlığın onu içinə çəkmək qüdrəti olmadı.

- Qələmlə kim yazır?

- İnsan.

Ədəbiyyatda sofizm - Qələmdən sonra insan yarandı?

- Qələm elə insandı.

- İki nəsnə necə bir ola bilir?

- Dəniz və su kimi. İnsanın həqiqəti qələmdir, qələminki söz.

- Yazarlıq yaratmaqdır?

- Yazarlıq - var etməkdir.

- Qələm niyə yazdı?

- Mürəkkəbi gizli xəzinə idi, həqiqətlər, gözəlliklərlə dolu. İstədi, tanısınlar. Sirlərdən agah idi, istədi, faş etsin. Sonsuzluğun tənhalığından qurtulmaq üçün yaratdı. Qələm gözəlliklərin kəşfi, digərlərinin həqiqətləri görmələri, özlərini tanımaları, kamilləşmələri üçün yazdı. Zülmətləri yarıb nuru aşkar etmək, var etmək, səadət bəxş etmək, həyat vermək, ədaləti yaymaq, hər yeri rəhmətə qərq etmək üçün yazdı. O ümid verir, yol göstərir, yaşamağa sövq edir, bataqlıqda qərq olanlara nicat verir, qəflətdəkiləri oyadır. Qələm yazdı, yazdıqca da göylər, yer, adamlar - bütün canlılar, hər şey var oldu.