FETÖnün əsas adamı Azərbaycanda tutuldu


Kriminal 30 Yan 2019 17:07:00 222 0

FETÖnün əsas adamı Azərbaycanda tutuldu

FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan "Zaman" qəzetinin Bakı mətbəəsinin sahibi saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) haqqında daha əvvəl yaxalanma qərarı çıxarılan İbrahim E.-nin yerini təsbit etdikdən sonra bu barədə Azərbaycan tərəfini məlumatlandırıb. FETÖ-çü MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılıb və ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılıb.