Rusiyanın 7 şəhərində məktəblər bağlandı


Dünya 30 Yan 2019 16:48:00 244 0

Rusiyanın 7 şəhərində məktəblər bağlandı

Artıq bir həftədir ki. Rusiyanın ən müxtəlif şəhərlərinin rəhbərlikləri naməlum şəxslərdən məktəblərə və digər dövlət binalarına bomba qoyulması barədə məlumatlar alırlar.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün yeddi şəhərdə bu məzmunda məlumatlar əsasında operativ tədbirlər görülüb.

Petrozavodsk şəhərində şəhər meriyası, bir neçə məktəb və xəstəxana təxliyə edilib.

Kaluqa şəhərində iki ticarət mərkəzi, şəhər upravası, iki xəstəxana və rayon məhkəməsi təxliyə olunub.

Tver şəhərində 10 məktəb, xəstəxana və inzibati bina təxliyə olunub.