Səfir: "Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb"


Siyasət 30 Yan 2019 16:25:00 223 0

Səfir: "Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb"

2018-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə təxminən iki dəfə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Sumqayıta səfəri zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

O xatırladıb ki, 2017-ci ilin aprelində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edib:

"Səfər çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı hökumətlərimizin qarşısında növbəti iki il ərzində ticarət dövriyyəsini iki dəfə, daha sonra 3 dəfə artırmaq tapşırığı qoyulmuşdu. İndi əminliklə deyə bilərəm ki, 2018-ci ilin yekunlarına əsasən biz tapşırığı 90 faiz yerinə yetirmişik. Gələn ilin yekunlarına əsasən, ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 2,5 dəfə artacaq".

Səfir qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasındakı qarşılıqlı səmərəli ticari-iqtisadi münasibətlər, demək olar ki, bütün sahələrdə, o cümlədən kimya sənayesi, neft-qaz və kənd təsərrüfatı sahələrində inkişaf edir:

"Biz Azərbaycana buğda ixracını artırmışıq, taxıl ixracını bərpa etmişik. Fikrimcə, xalqlarımızın qarşılıqlı səmərəli ticari-iqtisadi münasibətlərin planlı, balanslaşdırılmış inkişafı üçün böyük perspektivləri var".