"Elimizin adəti var..." Qızqaçırmanın hüquqi tərəfləri nələrdir?


Digərləri 30 Yan 2019 16:30:00 233 0

"Elimizin adəti var..."  Qızqaçırmanın hüquqi tərəfləri nələrdir?

Ta qədimdən qalan qızqaçırma ənənəsi günümüzdə də öz aktuallığını saxlayır. Bəs bu adətin hüquqi tərəfləri nələrdir? Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı məsələ ilə bağlı süjet hazırlayıb. Sakin: "Atasının, anasının halallığı olmalıdır. Qətiyyən qaçırtmaq olmaz". Sakin: "Çox vaxt evdən icazə vermirlər deyə qoşulub qaçanlar var. Məcbur yox, təbii ki, könüllü qaçmağı normal qəbul edirəm". Sakin: "Hər iki tərəfin istəyi varsa, normal qəbul edirəm". Aida Nəbiyeva - Psixoloq: "Ya maddi cəhətdən yetərsizlik olur, ya da ki, ailələlər razı olmur. Kaprizlər edirlər, razılaşmırlar. Bir çox hallarda övlad doğulur, ondan sonra qəbul edirlər". İl 2019 olsa da qızqaçırma ənənələri bu gün də var. Amma keçmişlə bir fərq var ki, könülsüz qaçırılan qız "Bu da mənim qismətimdir" deyib taleyi ilə barışmır. Əksinə, mübarizə aparır. Əhməd Qəşəmoğlu - Sosiloq: "Qızı qaçırdan oğlan başa düşməlidir ki, indiki cəmiyyətdə belə qızla xoşbəxt olmaq mümkün deyil. Çünki indiki qız, dediyim kimi, 100 il bundan qabaqkı, 50 il bundan qabaqkı qız deyil. Və o gedəndən sonra da o ailədə gərginlik olacaq və o ailədən ailə olmayacaq". Aida Nəbiyeva - Psixoloq: "Həm cütlüklər böyük travma alır, həm də daha sonra ailədə incikliklər varsa, o ailədə doğulan övladın ciddi travmaları olur. Bu şəkildə ailənin qurulması az natamamlıq yaradır ailə srtrurktutunda. Nəyə görə? Çünki orda böyüklərin məsləhəti olmalıdır, xeyir-duaları olmalıdır". Qız qaçırmanın qanuni tərəflərinə gəlincə, ailə qurmaq məqsədilə olsa da, əgər bu hal qızın iradəsinə zidd olaraq baş tutarsa, bu, cinayət tərkibi yaradır və Cinayət Məcəlləsinin 144-cü maddəsində adam oğurluğu halı kimi dəyərləndirilir. Tahir Əlirzayev - Vəkil: "Ağır cinayət hesab olunur, özü də ən ağır cinayətlər kateqoriyasına aiddir adam oğurluğu. Digər tərəfin iradəsinə zidd həyata keçiriləcəksə, sözsüz ki, burda məsuliyyət var. Yox könülülük xarakterindədirsə, qaçırılan qız desə ki, mən özüm könüllü olaraq qoşulub qaçmışam, sözsüz ki, burda artıq cinayət məsuliyyətini istisna edir". Sosiololoqlarsa hesab edirlər ki, bu cür qurulan ailələrdəki problem təkcə məcburi evliliklə bitir. Növbəti illərdə daha böyük problemlərin ortaya çıxmasına zəmin yaranır. Əhməd Qəşəmoğlu - Sosiloq: "Oğlunu ayrı qızla evləndirmək, qızını ayrı adama vermək hər iki gənci bədbəxt etməkdir. Cəmiyyət o qədər mürəkkəbdir ki, onların zorla qurduqları ailə də alınmayacaq və o ikisi bir-birini axtaracaqlar, çox böyük bir ehtimalla. Yenə də ailə daxilində ayrı problemlər çıxacaq ortaya". Aida Nəbiyeva - Psixoloq: "Əgər tərəflər həddindən artıq çox qərarlıdırlarsa, heç nə ilə mane olmaq mümkün olmayacaqsa, o halda, məncə, razılaşmaqda fayda var". Əgər övladınızın xoşbəxtliyini istəyirsiznizsə, onların seçiminə hörmət etməlisiniz.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar