Çin klubu belçikalını heyətinə qatır


İdman 30 Yan 2019 15:52:00 261 0

Çin klubu belçikalını heyətinə qatır

Manchester United-in yarımmüdafiəçisi Maruan Fellayni yaxın günlərdə klubunu dəyişə bilər.

Goal.az Sky Sports-a istinadən xəbər verir ki, adı açıqlanmayan Çin klubu belçikalını heyətə gətirməyi planlaşdırıb. Hazırda tərəflər arasında tam transferlə bağlı danışıqlar aparılır. Fellayni ötən yayda “qırmızı şeytanlar”la sövdələşməsini yeniləyib. Gələn ilə qədər klubun şərəfini qorumalı idi. Müdafiəçi Manchester klubunun heyətində oyun praktikası əldə edə bilmir. Ule-Qunnar Sulşerin baş məşqçi seçilməsindən sonra cəmi 31 dəqiqə meydanda olub. Hazırda zədəyə görə bərpa prosesi keçən Fellayni manchesterlilərdən ayrımağa razılıq verib.