Azərbaycan-İran sərhədindən 1 milyondan artıq xarici turist keçib


Digərləri 30 Yan 2019 15:55:00 223 0

Azərbaycan-İran sərhədindən 1 milyondan artıq xarici turist keçib

Ötən il İranın Ərdəbil vilayəti Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən 1,174 milyon nəfər keçib.

Bakı. Elnur Bağışov - Ötən il İranın Ərdəbil vilayəti Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən 1,174 milyon nəfər keçib. Onun 1,05 milyon nəfəri turist, xarici ölkə vətəndaşı, əsasən Azərbaycan vətəndaşları olub. Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Biləsuvar rayonu (Şəhristan) qubernatoru Həsən Qubadi deyib. Qubadinin sözlərinə görə, sərnişinlərin 85%-i, 993 113 nəfəri piyada, 180 969 min nəfəri isə nəqliyyat vasitələri (avtobus, mikroavtobus və minik avtomobili) ilə Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən keçib. Qubernator əlavə edib ki, bu müddətdə 53 998 ədəd yük maşını, 2064 ədəd avtobus, 17 065 ədəd avtomobil sərhəddən keçib.