Ağstafada minaatan mərmisi tapılıb (FOTO)


Digərləri 30 Yan 2019 15:41:00 201 0

Ağstafada minaatan mərmisi tapılıb (FOTO)

Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Ağstafanın Eynallı kəndində mərmi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.