Çin klubu Chelsea-dan forvard istəyir


İdman 30 Yan 2019 15:17:00 258 0

Çin klubu Chelsea-dan forvard istəyir

Chelsea-nın hücumçusu Oliver Jiru karyerasını Çində davam etdirə bilər.

Goal.az xəbər verir ki, məlumatı L Equipe yayıb. Çinin Dalian Jifang klubu 32 yaşlı forvardı heyətə qatmaq niyyətindədir. Fransız yeni klubunda ilinə 10 milyon avro qazanacaq.

Jiru London klubundan ayrılmaq istəyini gizlətmir. Mətbuatda onun Barcelona-ya gedəcəyi bildirilirdi. Chelsea-da bir il ərzində cəmi 10 qol vurmasına baxmayaraq, Kataloniya təmsilçisi forvardı transfer siyahısından silməyib. “Zadəganlar” fransız futbolçunu ötən ilin yanvarında 17 milyon avroya Arsenal-dan əldə edib. Cari mövsüm İngiltərə çempionatında 17 oyunda bir qol vurub, dörd qol ötürməsi verib.