Prokuror iş adamlarına qarşı dələduzluq edən şirkət rəhbərinə cəza istədi


Digərləri 30 Yan 2019 15:16:00 215 0

Prokuror iş adamlarına qarşı dələduzluq edən şirkət rəhbərinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizade production” şirkətinin rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizade production” şirkətinin rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı T.Vəlizadənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.