BŞİH bir neçə idarənin ləğv edilməsi məsələsinə aydınlıq gətirdi


Digərləri 30 Yan 2019 15:04:00 221 0

BŞİH bir neçə idarənin ləğv edilməsi məsələsinə aydınlıq gətirdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qurumun bir neçə idarəsinin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Son.az xəbər verir ki, BŞİH-dən report-a bildirilib ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.

Qeyd olunub ki, yeni strukturda BŞİH-in tabeliyində olan 4 idarə əksini tapmayıb. Bunlar Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzidir. Həmin idarələrin rəhbərləri və digər işçiləri sərəncama götürülüb.