Sumqayıtda bina girişində 36 yaşlı kişi meyiti tapıldı


Digərləri 30 Yan 2019 14:51:36 199 0

Sumqayıtda bina girişində 36 yaşlı kişi meyiti tapıldı

Sumqayıtda bina girişində kişi meyiti tapılıb.

Son.az report-a istinadən xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yerləşən binanın girişində bir nəfərin ölməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. 

Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.