Rusiya Patriarxı: “Əgər Qarabağ məsələsi dini liderlərdən asılı olsaydı, biz bunu həll edərdik”


Dünya 30 Yan 2019 14:55:00 269 0

Rusiya Patriarxı: “Əgər Qarabağ məsələsi dini liderlərdən asılı olsaydı, biz bunu həll edərdik”

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşən Rusiya Patriarxı Kirill Qarabağ məsələsinin həllinin dini liderlərdən tam asılı olmadığını deyib.

Son.az report-a istinadən xəbər verir ki, o qeyd edib ki, məsələ dini liderlərdəna asılı oslaydı, çoxdan həll olunmuşdu: "Mən Qarabağ məsələsində əldə olunan razılaşmadan danşmaq istərdim. Müharibənin olmaması artık bir nəticədir. Dini liderlərin görüşündə isə əldə olunan anlaşmaya görə münaqişə ərazisində dini ibatət yerlərinin dağıdılmaması və onlara hörmətlə yanaşması barədə anlaşma bir uğurdur. Əgər Qarabağ məsələsində hər şey dini liderlərdən aslı olsaydı, biz bu məsələni həll edərdik. İnanırıq ki, vaxt gələcək bu çətin məsələsi də öz həllini tapacaq", - Rusiya patriarxı bildirib.