Ötən il məktub korrespondensiyasının sayı 10 milyona yaxınlaşıb


Digərləri 30 Yan 2019 14:54:00 251 0

Ötən il məktub korrespondensiyasının sayı 10 milyona yaxınlaşıb

2018-ci ildə “Azərpoçt” MMC tərəfindən qəbul edilən daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 9 milyon 966 min 71 ədəd təşkil edib.

Bakı. 2018-ci ildə “Azərpoçt” MMC tərəfindən qəbul edilən daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 9 milyon 966 min 71 ədəd təşkil edib. “Azərpoçt” MMC-dən Trend-ə verilən məlumata görə, bunlardan 1 milyon 816 min 196 ədədi sadə, 8 milyon 149 min 875-i isə sifarişli olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz, yəni 156 min 693 ədəd çoxdur. Artım ötən il mübadilə olunan beynəlxalq sadə məktub, eləcə də banderolların sayında da nəzərə çarpıb. Bu göndərişlərin sayı 99 min 715 ədəd təşkil edib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz, yəni 5 min 663 ədəd çoxdur. Bununla yanaşı, 2018-ci ildə sifarişli məktub və banderolların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz, yəni 2012 ədəd artaraq 49 min 948 ədəd təşkil edib. Eləcə də beynəlxalq kiçik paketlərin sayı 24 min 650 ədəd olub ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 29,1 faiz, yəni 5 min 549 ədəd çoxdur.