QaraçayÇərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək


Digərləri 30 Yan 2019 14:46:00 232 0

QaraçayÇərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək

Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Son.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.