Prokuror Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbərinə cəza istəyib


Digərləri 30 Yan 2019 14:50:00 255 0

Prokuror Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbərinə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Velizadə prodakşn"ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında T.Vəlizadənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, "Velizadə prodakşın"ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verditdirəcəyi vədini verib.