Xoşqədəmin verilişdə DAVA:


Şou-biznes 30 Yan 2019 14:30:00 261 0

Xoşqədəmin verilişdə DAVA:

Sabirabad rayonunda 19 yaşlı gəncin 37 yaşlı iki uşaq anası ilə eşq yaşaması oğlanın valideynlərinin sərt etirazına səbəb olub.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, onların bərabər yaşamasını qəbul etməyən Elsevərin ata və anası "Səni axtarıram" proqramına gələrək dekabrın 25-dən itkin düşən oğullarının geri qayıtması üçün Xoşqədəmdən kömək istəyiblər. 

"Səni axtarıram" verilişi cütlüyü tapıb, efirə gətirib. 

Ata öncədən demişdi ki, əgər oğulları həmin qadınla efirə çıxarsa, onu oğulluqdan siləcək. Buna baxmayaraq, oğul sevgilisinin əlindən tutaraq efirə gəlib. Valideynlər onları bir yerdə görərkən daha da qəzəbləniblər. 

Elsevərin valideynləri qadına hücum edib, onu döymək istəyiblər. Xoşqədəm onların bu cəhdinin qarşısını araya girməklə alıb. 

Elsevərin atası oğlunu "yoldan çıxaran" qadının ünvanına təhqiramiz ifadələr işlədib. Təhqirlərin çoxu efirə getməsə də, atanın ittihamları efirə verilib. 

Atanın sözlərinə görə, Aygün onun oğluna təsir və təzyiq göstərib, eləcə də şərləyərək bərabər yaşamağa razı salıb.