Karasin: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ və Fransa ilə həmahəng işləyir"


Siyasət 30 Yan 2019 14:35:05 184 0

Karasin: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ və Fransa ilə həmahəng işləyir"

Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə həmahəng işləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Yerevanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O bildirib ki, mövcud strukturlar çərçivəsində Rusiya, ABŞ və Fransanın qarşılıqlı fəaliyyəti kifayət qədər yaxşı səviyyədədir.

Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasında vasitəçilərə ehtiyacın olub-olmaması barədə danışan Q.Karasin vurğulayıb ki, tərəflər arasında qarşılıqlı etimadı, çətin problemlərin dinc yolla həlli məramını yüksəltmək lazımdır.