Almaniyada iraqlı köçkünlər saxlanıldılar Terror şübhəsinə görə


Dünya 30 Yan 2019 14:27:00 219 0

Almaniyada iraqlı köçkünlər saxlanıldılar  Terror şübhəsinə görə

Almaniya hüquq-mühafizə orqanları əməkdaşları İraqdan olan 3 miqrantı terror aktına hazırlıq şübhəsi ilə saxlayıblar.

Son.az bu barədə report-a istinadən xəbər verir.

"Spiegel" nəşrinin yazdığına görə, şübhəlilər internetdə bomba hazırlanması üzrə təlimatı dərc ediblər. Bundan əlavə, onlar fişənglərdən barıt çıxarmağa başlayıblar və Böyük Britaniyadan fitil sifariş veriblər.

Yaxın zamanda məhkəmə onların həbsinə dair qərar verəcək.