824 müəllimin İKT-dən istifadə bacarıqları yoxlanılıb (FOTO)


Digərləri 30 Yan 2019 13:31:57 288 0

824 müəllimin İKT-dən istifadə bacarıqları yoxlanılıb (FOTO)

Paytaxtdakı ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib.

Bakı. Paytaxtdakı ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib. Müəllimlər 40 dəqiqə vaxt ərzində 15 sualı cavablandırıblar.