Vaqif Əsədov ötən ilin yol qəzaları ilə bağlı STATİSTİKANI açıqldı


Digərləri 30 Yan 2019 13:39:00 452 0

Vaqif Əsədov ötən ilin yol qəzaları ilə bağlı STATİSTİKANI açıqldı

2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb. Bölmə rəisi bildirib ki, ötən illə müqayisədə 5 ölüm fərqi artıb ki, bu da piyadaların vurulması ilə bağlıdır.