“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”


Digərləri 30 Yan 2019 12:38:00 216 0

“Tamahını idarə edə bilməyənlər aramızdan gedəcək”

Bu gün Dövlət Gömrük Komitəsinin 2018-ci ilin yekunları ilə bağlı geniş tərkibli Kollegiya iclası keçirilir.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda çıxış edən komitə sədri Səfər Mehdiyev bildirib ki, 2018-ci il islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək:

"Belə ki, ötən il gömrük sisteminin strukturu yeniləndi. Polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçildi. Ötür-ötür xidməti və bu fonda baş verən təkrarlanmalar artıq ortadan qaldırıldı. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirildi.  Ötən il büdcəyə 1 milyard vəsait köçürülüb. 1 ton 200 kq olan narkotikin aşkarlanması qaçaqmalçılıq sahəsində ən böyük uğurlarımızdan biridir. Xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik.