27 il öncə "öldü" deyilən qız ailəsinə qovuşdu


Digərləri 30 Yan 2019 12:29:00 207 0

27 il öncə "öldü" deyilən qız ailəsinə qovuşdu

Azərbaycanda dəhşətli və inanılmaz ailə dramı yaşanıb.

27 il öncə xəstəxanada övlad dünyaya gətirən qadına "uşağın öldü" deyiblər və həmin körpə valideyn qayğısından uzaq uşaq evində böyüməli olub. 

Son.az oxu.az-a istinadən bildirir ki, illər sonra valideynlərinin axtarışına çıxan 27 yaşlı Nuranə onları tapa bilib və ailənin qovuşma anı ATV-də yayımlanan "BizimləSən" verilişində canlı yayımlanıb.