Nazirlik ictimai işlərə cəlb olunan şəxslərin əməkhaqqını açıqlayıb


Digərləri 30 Yan 2019 12:08:00 240 0

Nazirlik ictimai işlərə cəlb olunan şəxslərin əməkhaqqını açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi" tərəfindən həyata keçirilən işsiz vətəndaşların əmək müqaviləsi ilə ödənişli işlərə cəlb olunması ilə bağlı proqram üçün 80 milyon manat ayrılıb.

Son.az report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında DOST agentliyinin DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib. 

O bildirib ki, məşğulluğun təmin olunması üçün həyata keçirən proqram çərçivəsində 30 min adamın işə götürülməsi nəzərdə tutulub: "Artıq bu işin yarısı həyata keçirilib".