Türkiyə, Rusiya və İran prezidentlərinin görüş


Dünya 30 Yan 2019 11:30:00 275 0

Türkiyə, Rusiya və İran prezidentlərinin görüş

Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında növbəti üçtərəfli görüş fevral ayında keçiriləcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, görüşdə Suriyadakı vəziyyət müzakirə ediləcək: "Bu görüşün tarixi hələ dəqiqləşdirilməyib. Ancaq tərəflər ilkin variant olaraq fevralın 23-də Rusiyanın Soçi şəhərində bir toplantı keçirməyi qəbul ediblər".