“Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub (FOTO)


Digərləri 30 Yan 2019 11:15:11 237 0

“Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub (FOTO)

Nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub və nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Fondun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün aparılan işləri diqqətə çatdırıb. O, nazirlik tərəfindən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin də bu məqsədə xidmət etdiyini bildirib.