Sumqayıtda satıcı qız itkin düşüb FOTO


Digərləri 30 Yan 2019 11:09:00 235 0

Sumqayıtda satıcı qız itkin düşüb  FOTO

Sumqayıt şəhərində işlədiyi mağazadan çıxan qız itkin düşüb.

Son.az report-a istinadən xəbər verir ki, 52-ci məhəllədə fərdi evdə yaşayan, 1998-ci il təvəllüdlü Xədicə Rizvan qızı Kərimli işlədiyi Sumqayıt şəhər, 2-ci mikrorayon ərazisində yerləşən qadın geyimləri mağazasından yanvarın 17-də işdən çıxıb və bir daha geri qayıtmayıb.

Xədicə Kərimlinin əlamətləri: boyu, təxminən, 160 sm, ağbəniz, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçı uzun və çəhrayı rəngdədir.

Evdən çıxarkən əynində qara rəngli papaqlı gödəkçə, qara cins şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.

X.Kərimlini görənlərdən xahiş olunur ki, bu barədə Sumqayıt şəhər Polis idarəsinə və ya (018) 65-4-44-81, 055-286-39-46 nömrəli telefonlara zəng edərək məlumat versinlər.


Xəbərə aid foto