ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə zəng edib


Siyasət 30 Yan 2019 09:14:00 182 0

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə zəng edib

Yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilmişdir.