ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə telefonla zəng edib


Digərləri 30 Yan 2019 09:09:00 191 0

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə telefonla zəng edib

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə telefonla zəng edib

Bakı. Yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Trend Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilmişdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin