Səhiyyə Nazirliyi ölkədə suçiçəyi xəstəliyi ilə bağlı vəziyyət barədə


Digərləri 30 Yan 2019 08:21:00 217 0

Səhiyyə Nazirliyi ölkədə suçiçəyi xəstəliyi ilə bağlı vəziyyət barədə

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.

Son.az bildirir ki, RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, Azərbaycanda suçiçəyi xəstəliyə yoluxma hallarında artım müşahidə edilmir. Hazırda bu xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır.

A.Əliyevanın sözlərinə görə, suçiçəyinə yoluxma halları qeydə alındığı hallarda RGEM yerli şöbələri tərəfindən yerlərdə epidemik tədbirlərin aparılması təmin edilir.