Oğurluq edən şəxslər saxlanılıb


Kriminal 30 Yan 2019 08:22:00 162 0

Oğurluq edən şəxslər saxlanılıb

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılıblar.