2019cu ildə dünya informasiya texnologiyaları bazarının həcmi 3,8 trilyon dollar olacaq


Digərləri 30 Yan 2019 08:26:00 252 0

2019cu ildə dünya informasiya texnologiyaları bazarının həcmi 3,8 trilyon dollar olacaq

"Gartner" şirkəti 2019-cu il və sonrakı illər üçün dünya informasiya texnologiyaları (İT) bazarı üçün proqnoz dərc edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qiymətləndirməyə görə, 2018-ci ildə pul ifadəsində sahənin həcmi 3,65 trilyon dollar təşkil edib və illik hesablamada artım 3,9 səviyyəsində olub.

Şirkət analitiklərinin proqnozuna görə, bu il İT sahəsində ümumi xərclər 3,77 trilyon dollara çatacaq. Beləliklə, bazarda 3,2 faizlik artım gözlənilir.

Məlumat emalı mərkəzləri üçün sistemlərin ümumi xərclərin həcmində payı 210 milyard dollara bərabər olacaq. Korporativ sinifli proqram təminatı 431 milyard qazanc gətirəcək. Avadanlıq seqmentində xərclər isə 679 milyard dollar qiymətləndirilir.