Bacısının azyaşlı qızına təcavüz edən şəxsə hökm oxundu


Kriminal 30 Yan 2019 08:15:00 244 0

Bacısının azyaşlı qızına təcavüz edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mehdiyev 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, R.Mehdiyev azyaşlı bacısı qızına təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.