Bu telefonların istifadəçilərinə BƏD XƏBƏR Səsiniz bu formada dinlənilir VİDEO
Digərləri 30 Yan 2019 07:41:00 266 0
ABŞ-ın "Apple" texnologiya şirkəti cihazlarındakı daha bir çatışmazlığı ilə gündəmə gəlib.
Son.az xəbər verir ki, "Apple"ın görüntülü zəng xüsusiyyəti olan "Face Time" sistemindəki xəta səbəbilə istifadəçilərin xəbəri olmadan danışıqların dinlənilməsi mümkündür.
"Texnobloq"un xəbərinə görə, iOS 12.1 sistemi ilə çalışan "iPad" və ya "iPhone" cihazlara vasitəsilə "Face Time" vasitəsilə zəng gəldikdə həmin şəxs zəngə cavab verməsə belə, onun səsi eşidilə bilir. Belə ki, bir nəfər "Face Time" vasitəsilə ilə zəng edilərkən öz telefon nömrəsini görüşməyə əlavə edəndə "Face Time" bunun aktiv bir konfrans görüşü olduğunu düşünür və zəng edilən həmin şəxsin səsi eşidilir.
Mənbə: milli.az