İkiotaqlı ev yanıb


Digərləri 30 Yan 2019 07:50:00 186 0

İkiotaqlı ev yanıb

Gecə saatlarında Cəlilabad rayonunun Alar kəndində yanğın hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə 1978-ci il təvəllüdlü kənd sakini Balakişiyev Rəcəb Orduxan oğluna məxsus 2 otaqlı yaşayış evində qeydə alınıb.

Dərhal hadisə yerinə Cəlilabad YMH-nin texnikası və canlı qüvvələri cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata görə, hər iki otaq tamamilə içərisindəki əşyalarla birgə yanıb.

Faktla bağlı araşdırma aparılır.