Kanadanın qərbində albalı ağacları çiçək açıb


Digərləri 30 Yan 2019 07:21:00 229 0

Kanadanın qərbində albalı ağacları çiçək açıb

Britaniya Kolumbiyasının qərbində yerləşən Vankuver adasında ekstremal isti havalar albalı ağaclarının vaxtından əvvəl çiçəkləməsinə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kanada Milli Meteoroloji bürosunun məlumatına əsasən, hazırda adada bahar havası hökm sürür, havanın hərarəti müsbət 6-8 dərəcə arasında dəyişir. Bundan başqa, yanvar ayının son on günü ərzində havanın isti keçməsi səbəbindən Viktoriya şəhərinin sakinləri parklarda albalı ağaclarının çiçək açmasının şahidi olublar. Halbuki ən isti keçən illərdə bu ağaclar fevralın ortalarından sonra çiçək açmağa başlayır.