Gələn il "Eurovision" mahnı müsabiqəsində Avstriyanı müğənni Penda təmsil edəcək


Digərləri 30 Yan 2019 07:07:00 221 0

Gələn il "Eurovision" mahnı müsabiqəsində Avstriyanı müğənni Penda təmsil edəcək

Avstriyanın Ştiriya əyalətində doğulmuş müğənni və prodüser Penda (əsl adı Qabriela Horn) ölkəsini 64-cü "Eurovision-2019" mahnı müsabiqəsində təmsil edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən illərdə olduğu kimi, bu il də Avstriya təmsilçisi açıq müsabiqə əsasında deyil, musiqi ekspertlərindən ibarət jürinin seçimi əsasında müəyyənləşib.

Avstriya mətbuatı Pendanın üzərində çox böyük məsuliyyət dayandığını yazıb. Belə ki, ötən il Lissabonda Avstriyanı təmsil edən Sezar Sempson üçüncü yer əldə etmiş və bütün iştirakçılar arasında ən yüksək jüri xallarına sahib olmuşdu. Pendanın bu uğura çatması üçün gərgin çalışması lazım gələcək.

Avstriya Teleradiosuna müsahibəsində seçdiyi ləqəblə bağlı suala cavab verən müğənni səhərlər yuxudan oyandığında güzgüdə özünü pandaya bənzətdiyini və bu heyvanları çox sevdiyinə görə, özünə Penda adını seçdiyini bildirib.