NATOnun baş katibi Gürcüstana səfər edəcək


Dünya 29 Yan 2019 23:59:00 285 0

NATOnun baş katibi Gürcüstana səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq mart ayında Gürcüstana səfər edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirələr aparmaq, əməkdaşlığı daha da möhkəmləndirməkdir. Baş katib, mart ayında Gürcüstanda keçiriləcək "NATO-Gürcüstan: 2019" hərbi təlimlərini də izləyəcək. Gürcüstanın NATO-ya üzv qəbul olunmasına toxunan Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm ölkə, həm də Alyans qərar verməlidir. Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, baş katiblə yanaşı, Alyansın digər yüksək vəzifəli rəsmiləri də Gürcüstana səfər edəcəklər.